Məcnun Hacıbəyov

Məcnun Hacıbəyov

“Qatarda” tamaşasından “Fatı” kimi tanıdığımız aktyor Məcnun Hacıbəyov Quba rayonunun II Nügədi kəndində yaşayır. 1935-ci ilin 5 oktyabrında rayonun II Nügədi kəndində doğulan aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Deyir ailədə 9 uşaq olmuşuq -7 oğlan 2 qız. Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Əməkdar artist adını daşıyan Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 2 nəticəsi var. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız “Solğun çiçəklər” tamaşında “Əbdül” rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır. Aktyor deyir ki, yaşlandığım üçün bəzən yaddaşım da sözümə baxmır. Buna baxmayaraq hələ də mütaliə edir. Aktyorun son yaratdığı obraz isə “Yarımştat” tamaşında olub. O, bu tamaşada Murtuz obrazını canlandırıb. 78 yaşlı Məcnun Hacıbəyov neçə illərdir Qubada yaşayır. Hər il qış aylarında Bakıya gedərək övladlarının yanında qalır, yazda isə yenidən doğma kəndinə qayıdır. D.Ajdar

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s